Kəlbəcərdə göldə boğularaq ölən zabitlə vida mərasimi keçirilir

Kəlbəcərdə göldə boğularaq ölən zabitlə vida mərasimi keçirilir Kəlbəcər rayon ərazisində Böyük Alagöl gölündə boğularaq ölən 1981-ci il təvəllüdlü, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun nəşi ailəsinə təhvil verilib.

"Report" xəbər verir ki, hazırda onunla ailəsinin yaşadığı Gəncə şəhərində vida mərasimi keçirilir.

Mərasimdə mərhumun yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edir.

O, Göygöl rayon ərazisində yerləşən Kəlbəcər Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Oxşar xəbərlər