
Beləliklə, Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu öndər H.Əliyev cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilən YAP-ın hər tərəfli inkişafı üçün çox işlər gördü. Qısa bir zamanda Azərbaycanın bütün bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. Azərbaycan xalqı H.Əliyevin ətrafında getdikcə sıx birləşməyə başladılar. 1993-cü ilin yayında Gəncə hadisələrində xalqa arxalanan H.Əliyev bu qiyamın yatırılmasına nail oldu. Artıq aparıcı orqana çevrilən YAP və onun sədri Ulu öndər H.Əliyev 1993-cü ildə Azərbaycanın ağır vaxtlarında hakimiyyət uğurunda mübarizədə kənarda qala bilməzdi. Bəli, bu mübarizədə gecikmək xalqımızın düşəcəyi faciələrə yol aça bilərdi. Məhz xalqdan dəstək alan Ulu öndər H.Əliyev 1993-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində böyük səslə qalib gəldi. Bəli, düz 29 ildir YAP hakim partiyaya çevrilib. Bu gün Ulu öndərin davamçısı İlham Əliyev həm də YAP-ın sədridir. O, partiyanın hərtərəfli inkişafı üçün böyük işlər görür. Artıq bu gün YAP-ın 700 mindən çox üzvü var və onlar şərəflə, vicdanla Ulu öndər Heydər Əliyev və ideyalarını yaşadırlar. Bəli, YAP yarandığı gündən bu günə kimi iqtidar partiyası olaraq ölkənin siyasi-iqtisadi, mədəni həyatında dövlət siyasətini dəstəkləyir və dəstəkləyəcək. 30 ilə yaxın işğalda olan Qarabağ torpaqlarının erməni işğalından azad olunmasında “44 günlük” zəfər partiyasının sədri prezident, Ali Baş Komandan cənab İ.Əliyev və bütün partiya üzvləri siyasi mövqelərini göstərərək müharibənin ilk günündən qələbəyədək ordu-xalq birliyini nümayiş etdirdilər.
Maştağa qəsəbəsi, N.Nərimanov adına 128 nömrəli tam orta məktəbin
Təlim-tərbiyə işləri üzrə direktor müavini Cavanşir Əliyev