Ulu öndərin davamçısı İlham Əliyev bu islahatları layiqincə davam etdirir

Ulu öndərin davamçısı İlham Əliyev bu islahatları layiqincə davam etdirir 1987-ci ildə Zori Balayanın “Ocaq” adlı əsərinin çap edilməsi azərbaycanlılar arasında böyük narazılığa səbəb oldu. Bu zaman Meydan hərəkatı baş verdi.Meydan hərəkatının baş verməsinə səbəb Ermənistandan 230 mindən çox azərbaycanlının deportasiya edilməsi oldu.Hakimiyyətdə olan özbaşınalıq bir sira partiyaların yaranmasına səbəb oldu.Buna misal olaraq AXCP və Müsavat partiyalarını göstərmək olar.Meydan hərəkatını bu partiyalar ələ aldılar.Azərbaycanın üçrəngli bayrağı meydan hərəkatında qaldırıldı. Həmin gün tariximizə 17 Noyabr Dirçəliş Günü kimi daxil oldu.

SSRİ-nin dağılması prosesi güclənir.SSRİ-nin tərkibində olan 15 respublika müstəqillik uğrunda mübarizəyə qalxır, Azərbaycan SSRİ-nin suverenliyi haqqında Konstitutsiya Aktı xalqın təkidi ilə qəbul olunur.Lakin M.S.Qorbaçov bununla barışmır.1990-ci ildə küçəyə axışan, öz müstəqilliyini tələb edən xalqın üzərinə ordu yeridərək «Qanlı yanvar» faciəsini törədir.Həmin vaxt 131nəfər dinc əhali qətlə yetirilir,744 nəfər yaralanır və itkin düşənlər olur.Bu zaman Ə.Vəzirov hakimiyyətdən uzaqlaşdırılır, A.Mütəllibov hakimiyyətə gəlir.

Yanvar hadisələri zamanı H.Əliyev Moskvada Azərbaycan səfirliyinə gəlib öz etirazını bildirərək Kommunist Partiyasının biletindən imtina edir.Qorbaçovun siyasətini pisləyərək Bakıya gəlir.Həmin vaxt hakimiyyətdə olan A.Mütəllibov Heydər Əliyevi qəbul etmək istəmədiyini bildirir.

Heydər Əliyevi doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikası qəbul edir.1991-ci ildə Naxçıvan xalqı Heydər Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Sovetinə sədr seçir.Həmin müddətdə 1991-ci ildə A.Mütəllibov hakimiyyətdən uzaqlaşdırılaraq, Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini itirir. Bu zaman AXCP və Müsavat Partiyası Ə.Elçibəyi hakimiyyətə gətirir.Həmin vaxt prezidentin sərəncamlarını yerinə yetirməyən,hakimiyyət uğrunda mübarizə aparan qüvvələr ölkədə xaos yaradırlar.Bundan istifadə edən düşmən qonşularımız torpaqlarımızı ələ keşirməyə başladılar.Məcburi köçkünlərin və şəhidlərimizin sayı günü - gündən artmağa başladı.

1993-cü ildə bölgələrdə çeviriliş cəhdləri baş verir.Cənub bölgəsində Ə.Hümmətov, Gəncədə isə S.Hüseynov çevirilişə cəhd edirlər.Prezident Elçibəy qardaş qırğının qarşısını almaq üçün Heydər Əliyevi Bakıya dəvət edir.”Səs” qəzetində 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edir.

“91-lər”in və xalqın müraciəti ilə Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlir.Hakimiyyətə gəldikdən sonra ixtişaşları yatızdırır,qardaş qırğınının qarşısını alır.Bütün Azərbaycan xalqı onun ətrafında birləşir.

Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin ətrafında insanlar sıx toplaşmağa başlayırlar. Həmin dövrdə YAP-in sıralarına minlərlə insan üzv oldu.

1993-cü ildə YAP hakimiyyətə gəldi.YAP-ın hakimiyyətə gəlişi ilə Ulu öndər Heydər Əliyev Azərbaycanı çətin vəziyyətdən çıxartdı,yeni ordu islahatları həyata keçirdi,atəşkəs elan etdi.Azərbaycanın iqtisadi və sosial inkişafı üçün müəyyən strateji planlar həyata keçirdi.

Ulu öndərin davamçısı İlham Əliyev bu islahatları layiqincə davam etdirir. 44 günlük Vətən müharibəsi zamanı xalq bir yumruq olaraq , İlham Əliyevin ətrafında birləşərək canlarını qurban verməsi buna gözəl sübutdur.Canlarını vətənin azadlığı uğrunda qurban verən şəhidlərin ruhu qarşısında baş əyirik.

Qələbəmiz xalqın seçdiyi partiyaya olan etimadını daha da gücləndirdi.

2021-ci il martın 5-də YAP-ın VII qurultayında 6 siyasi partiya YAP-a etimad göstərib onun ətrafında birləşdi. Siyasi partiyaların tarixində ilk haldır ki,digər partiyalar bir partiyanın ətrafında sıx birləşir.

Qurultayda YAP-ın sədri İlham Əliyev,partiyanın 1-ci müavini isə vitse-prezident Mehriban Əliyeva yekdil səslə seçilmişdir.Onu da qeyd edək ki, YAP Qafqazda yeganə ən böyük partiyadır.Ona bu yolda uğurlar arzulayırıq.

E.Ağayev adına 198 nömrəli tam orta məktəbin direktoru Şəlalə Nadirov

Oxşar xəbərlər