Ronaldu yığmadakı qolların sayına görə dünya rekorduna yaxınlaşdı

Ronaldu yığmadakı qolların sayına görə dünya rekorduna yaxınlaşdı Portuqaliyanın futbol üzrə yığmasının hücumçusu Kriştianu Ronaldu İsrail milli komandasına qarşı yoldaşlıq matçının gedişində fərqlənib.

“ 35 yaşlı hücumçu Brunu Fernandeşin ötürməsini qola çevirib. O, bunula matçda ikinci qolu öz hesabına yazıb. Rəqbi qapılarına bu cür yol tapma "Qızıl top"un beşqat sahibi üçün 104-cü fərqlənmə olub.

Bununla da Ronaldunun İran yığmasının keçmiş hücumçusu Əli Daei tərəfindən əldə olunmuş dünya rekorduna çatmasına beş qol qalıb.

Qeyd edək ki, Kriştianu Portuqaliya yığmasının son 42 matçında 43 dəfə fərqlənib.

Oxşar xəbərlər