
İnterAz bu barədə AS-a istinadən xəbər verir.
“2019-cu ildə yenidən Portuqaliya yığmasının məşqçi qərargahının sərərəncamına qayıtmaq niyyətindəyəm. Bizim bu mövsümün birinci hissəsində mənim yığmanın heyətində matçlarda iştirak etməyəcəyimə dair razılaşmamız vardı”, – deyə Ronaldo bildirib.
33 yaşlı hücumçu 2018-ci ilin futbol üzrə dünya çempionatından sonra bildirmişdi ki, yeni klubla əlaqədar bir müddət milli komandada çıxış etməyəcək.
Qeyd edək ki, Ronaldo İtaliya çempionatının bombardirlər siyahısında liderliyə yüksəlib.