
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ” futbolçusu Mahir Emreli deyib. Futbolçu “Deportivo”, “Malaga”, Almeira” və “Trabzonspor”un onunla maraqlanması barədə yayılan xəbərlərə münasibət bildirib:
“Qarabağ”la müqaviləm davam edir. Qurban Qurbanovla da bu barədə heç bir danışığım olmayıb. Bizi Çempionlar Liqasında vacib oyun gözləyir. İndi sadəcə həmin matçı fikirləşirəm”.