
Mahir Mədətovun bu addımından sonra “Qarabağ” azarkeşlərini bir sual düşündürür. Mahir klubda geyindiyi formasındakı soyadını da dəyişəcəkmi?
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib ki, Mahir Mədətov bununla bağlı hələ ki kluba hər hansı müraciət etməyib. Bu mövzu hazırda aktual deyil.