
Fanat.Az xəbər verir ki, Ağdam klubu Jayme Romero Qomesi heyətinə qatmağa hazırlaşır. 28 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, futbolçu 2017-ci ildə “Osasuna”dan İspaniya Sequndas?nda çıxış edən “Kordoba”ya 500 min avroya transfer olunub. O, bir neçə gün əvvəl yollarını ayırdığı komandanın heyətində son mövsümdə 32 rəsmi oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Jayme Romero həmçinin “Albasete”, “Udineze”, “Bari”, “Qranada”, “Orduspor”, “Luqo” klublarında və “Real”ın B komandasında forma geyinib.