“Real”dan rəsmi təklif: transfer rekordu qırılır

“Real”dan rəsmi təklif: transfer rekordu qırılır “Real” “Tottenhem”dən Kristian Eriksenin transferi üçün hərəkətə keçib.

Qaynarinfo “The Independent”ə istinadən xəbər verir ki, madridlilər artıq İngilətərə təmsilçisinə rəsmi təkliflə müraciət edib. “Kral Klubu”nun danimarkalı ulduz üçün təklif etdiyi məbləğ açıqlanmır.

Məlumata görə, “Tottenhem” Eriksen üçün konkret məbləğ müəyyənləşdirib. İddia olunur ki, London klubu 26 yaşlı yarımmüdafiəçi üçün 225 milyon funt-sterlinq (250 milyon avro) tələb edir. Bu keçid baş tutsa, transfer rekordu qırılacaq. Hazırda rekord Neymara məxsusdu. Braziliyalı “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub.

Qeyd edək ki, Eriksen 2013-cü ildə “Ayaks”dan “Tottenhem”ə 13,5 milyon avroya transfer olunub. O, cari mövsümdə forma geyindiyi 26 rəsmi matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər