4 yaşında o artıq yüksək intellektli insanlar təşkilatının üzvü idi
Tanişk Abraham (Tanishq Abraham) 12 yaşında olmasına baxmayaraq, Kaliforniyanın iki universitetinə qəbul olub.
Bu barədə America.Ru xəbər verir.
Sakramentonun gənc sakini 10 yaşında məktəbi bitirib, keçən il yerli kolecdə üç kiçik mütəxəssis dərəcəsi alıb.
Kaliforniyanın Devis və Santa-Krus universitetləri onu tələbə qismində dəvət ediblər. O, hələlik hansı universitetdə təhsil alacağını qərar verməyib.
“Hər birinin öz üstünlüyü var”, - vunderkind deyib.
Universitetlərdən biri onun evindən 20 dəqiqəlik məsafədə yerləşir, digəri isə ona yalnız bir neçə tələbənin mükafatlandırıldığı prestijli təqaüd verir.
Bu, necə olub? Valideynləri onun informasiyanı tez qavradığını və artıq 4 yaşında Mens – yüksək intellektli insanlar təşkilatının üzvü olduğunu bildiriblər.
“CBS Sacramento”ya verdiyi müsahibəsində o, tələbələrin kollektivində seçiləcəyindən qorxmadığını bildirib.
“Kollecdəki təcrübəmdən onları əvvəlcə narahat etdirdiyimi gördüm. Amma daha sonra onlar mənə alışdılar. Biz sadəcə dost olduq”, - gənc tələbə deyib