Son iki ildə 10 mindən çox miqrant uşağın Avropaya gəldikdən sonra yoxa çıxdığı ehtimal edilir
BBC xəbər verir ki, bu barədə Avropa İttifaqının polis kəşfiyyat birliyi xəbər yayıb. Avropol bildirib ki, minlərlə yetkinlik yaşına çatmayanlar dövlət orqanları tərəfindən qeydiyyata alındıqdan sonra yoxa çıxıb. Qurum uşaq və gənclərin cinayətkar qruplar tərəfindən cinsi istismar və köləliyə məcbur edilməsi barədə xəbərdarlıq edib.
Save the Children təşkilatı deyir ki, ötən il Avropaya ailəsiz 26 min uşaq miqrant gəlib.
İlk dəfədir ki, Avropol itkin düşmə ilə bağlı belə rəqəmlər açıqlayır.
Uşaqların axtarışı ilə bağlı qurumun yüksək rütbəli rəsmisi Observer qəzetinə deyib ki, bu, onların hamısının cinayətə cəlb edilməsi anlamına da gəlməməlidir: "Ola bilsin, bəziləri ailələrinə verilib. Sadəcə, biz bilmirik ki, onlar hardadır, nə edirlər və kiminlədirlər".
Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Leonard Doyle BBC-yə deyib ki, rəqəm şokedici olsa da, sürpriz deyil.
Onun sözlərinə görə, itkin düşmüş uşaqların çoxunun cinsi istismar edilməsi də gözləniləndir.
"Gəlin ümid edək ki, Aİ bütün resurslarını bu uşaqları tapmağa və ailələrinə qovuşdurmağa cəlb edəcək", - Doyle deyib.