Onlar şərabı menyudan çıxarmaqdan imtina etdilər
Fransa və İran prezidentləri Fransua Ollandın və Həsən Ruhaninin Parisdəki naharı ləğv edilib, belə ki, ev sahibləri menyudan şərabı çıxarmaqdan imtina ediblər, The Local.fr yazır.
Ruhani Olland ilə Fransanın paytaxtında yerləşən prestijli restoranda nahar etməyə hazırlaşıblar, amma onların görüşü iranlıların spirtli içkilər olmayan halal (islam tərəfindən icazə verilən) süfrə xahiş etmələrindən sonra ləğv edilib.
Fransız məmurları öz növbələrində yerli ənənəvi yeməklər və şərabların olmasına təkid ediblər və iranlıların tələblərinin yerinə yetirilməsinin respublika dəyərlərinin pozulması olduğunu bəyan ediblər.
Yelisey sarayı bunun əvəzinə səhər yeməyi təklif edib, amma bu təklif “çox ucuz” təklif kimi qəbul edilməyib.