Ankara terrorunu törədənlərin kimliyi bəlli oldu - YENİLƏNİB

Ankara terrorunu törədənlərin kimliyi bəlli oldu - YENİLƏNİB Qadın terrorçunun adı açıqlandı

Türkiyənin paytaxtı Ankarada 34 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən terrorçulardan birinin kimliyi məlum olub.

Türkiyə mətbuatının xəbərinə görə, partladılan avtomobildən parçalanmış qadın meyiti tapılıb. Barmaq izlərindən terrorçu qadının Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.

Hazırda onun və 4 rəfiqəsinin işi üzrə məhkəmə prosesinin davam etdiyi bildirilir. Səhər Çağla Dəmir, Həmidə, Kader, Sürəyya Saklı bacıları və Yeşim Akyürek adlı tələbə qızlar PKK terror təşkilatına üzv olmaq, terror təşkilatının təbliğatını aparmaq maddələri ilə ittiham olunurlar.

10:12

Ötən gecə Ankaranın Kızılay meydanında baş vermiş partlayışı törədənlərin kimliyi məlum olub.

Partlayışı 2 nəfər törədib.

Onlardan biri qadın, digəri isə kişidir. Terrorçular hadisə yerində ölüblər.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

Oxşar xəbərlər