Polis araşdırmalara başlayıb
Türkiyənin Aksaray şəhərində iki azərbaycanlı tələbə narkotikdən zəhərlənib.
Hadisə “Aral” yataqxanasında baş verib.
Aksaray Universitetinin Azərbaycandan olan tələbələri - 17 yaşlı Zeynal Zeynalov və 18 yaşlı Aqşin Hüseynov yataqxanada narkotik (bonzai) qəbul ediblər. Bir qədər sonra hər iki tələbənin vəziyyəti pisləşib. Onlar ağır vəziyyətdə Aksaray dövlət xəstəxanasına çatdırılıblar.
Aparılan müalicələrdən sonra Aqşin Hüseynovun həyati təhlükəsi aradan qaldırılıb, Zeynal Zeynalovun isə vəziyyətinin hələ də ağır olduğu bildirilir.
Aksarayın hüquq-mühafizə orqanları yataqxanada narkotikdən istifadə ilə bağlı araşdırmalara başlayıb. 17 yaşlı Zeynal Zeynalov və 18 yaşlı Aqşin Hüseynovun Türkiyədən deportasiya ediləcəyi gözlənilir.