Əməliyyatlar davam etdirilir
Mayın 5-də Tərtər, Füzuli, Goranboy və Ağcabədi rayonlarında 10 partlayış yeri yoxlanılıb, 26 730 kv.m ərazi təmizlənib.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) daxil olan hesabatda deyilir.
Tərtər rayonu
Qarağacı kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, 12 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməmişdir.
Hacıqərvənd kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, 5 000 kv. m ərazi təmizlənmış və partlamamış hərbi sursat aşkar edilməmişdir.
Füzuli rayonu
Şükürbəyli kəndi - 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilmiş, 430 kv. m ərazi təmizlənmışdir.
Qaraxanlı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilmiş, 8 500 kv. m ərazi təmizlənmışdır.
Goranboy rayonu
Yolqullar kəndi - Parkın ərazisində 1 partlayış yerinə baxış keçirilmiş və 1 ədəd partlamamış PQ-7 mərmisi aşkar edilərək, götürülmüş və 800 kv. m ərazi təmizlənib.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 5 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 426 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 414 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.