Azərbaycan polisi külli miqdarda saxta manat aşkarladı

Azərbaycan polisi külli miqdarda saxta manat aşkarladı Dövlət Sabirli həbs edilib

Sumqayıtda saxta pulları dövriyyəyə buraxan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3620 manatlıq saxta əsginas götürülüb.

Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə “HP” markalı printer tapılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər