Partlayış olub
Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Kanal G” televiziyasının zirzəmisində bu gün saat 16:30-da yanğın hadisəsi baş verib. Yanğından öncə güclü partlayış səsi eşidilib.
qanuninfo.az-nun “Milliyət”ə istinadən verdiyi xəbərə görə, kanalın 4 əməkdaşı ağır xəsarət alıb.
Yaralıların hamısı hazırda xəstəxanaya yerləşdirilib.
“Zirzəmidə partlayış baş verib. Səbəbini hələlik bilmirik. 4 əməkdaşımız yaralanıb”, - deyə kanalın işçisi Necati Selvitop bildirib.