İran-Azərbaycan sərhədində əməliyyat: Saxlananlar var

İran-Azərbaycan sərhədində əməliyyat: Saxlananlar var Onlar sərhədi piyada keçmək istəyiblər

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı 17 ədəd xırda bükümlərdə olmaqla, ümumi xalis çəkisi 141,694 qram təşkil edən heroin aşkar olunub.

İrandan Azərbaycana piyada yolla gələn daha bir Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama nəticəsində isə 2 ədəd bağlamada, ümumi xalis çəkisi 200,915 qram təşkil edən heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Oxşar xəbərlər