Araşdırma aparılır
Mingəçevir şəhərində həkimin evindən qızıl əşyalar və pul oğurlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektindəki 30 saylı binanın 60 saylı mənzilində qeydə alınıb.
Ev sahibi, 1961-ci il təvəllüdlü Hüseynova Qızbəsti Yolçu qızı Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzildən qiyməti 8 min manat olan 4 ədəd qızıl boyunbağı, iki ədəd qızıl dəsti, bir ədəd qızıl saat, iki ədəd qolbağı, iki ədəd üzük, bir ədəd bahalı suvenir xəncər və 2500 manat pul oğurlandığını bildirib.
Polis əməkdaşları əraziyə baxış keçirərkən məlum olub ki, naməlum şəxslər binanın ikinci mərtəbəsindəki mənzilə nərdivandan istifadə etməklə evə pəncərədən daxil olublar. Onlar gecə saatlarında pəncərənin şüşələrini sındıraraq evə giriblər və oğurluq ediblər.
Mingəçevir Mərkəzi şəhər Xəstəxanasının qəbul şöbəsinin terapevt həkimi olan Qızbəsti Hüseynova hadisə vaxtı həyat yoldaşı ilə birgə Bərdə rayonuna, atası evinə qonaq gedib və gecə geri qayıtdıqda evdəki əşyaların alt-üst olduğunu görüb.
Hazırda hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.