Yaraqlılar Qarabağın Laçın, Şuşa və Kəlbəcər şəhərlərinə göndəriliblər
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində davam edən qarşıdurmalar davam edir. Son qarşıdurmaların ilk günlərindən etibarən PKK terror təşkilatı erməni dostlarına dəstək üçün 400 yaraqlı yollayıb.
Terrorçular Kandil və Kamışlıdan çıxaraq Ağrı dağ ərazisindən Ermənistana keçib, Sevan gölü ətrafında Vardanes düşərgəsində yerləşdikdən sonra Qarabağda qarşıdurmanın ən qaynar nöqtələrinə göndəriliblər.
Azərbaycan ilə döyüşmək üçün gələn yaraqlılar arasında İŞİD və PKK-nın Suriyadakı qolu PYD qruplaşması sıralarında savaşan 150 erməni var. Terrorçular Dağlıq Qarabağın Laçın, Şuşa və Kəlbəcər şəhərlərinə göndəriliblər.
Oradan isə qızğın döyüşlərin getdiyi Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli cəbhələrinə yola düşüblər.
Bu yaraqlılara əslən erməni olan üç terrorçu Livan Karadağ, Hemaran Kervaçiyan ve Sərvət Bagopşin bələdçilik edib.
400 nəfərdən ibarət olan dəstə Ermənistana silahsız keçib və buraya daha öncə keçmiş 80 nəfərdən ibarət digər terror qrupu ilə Vardanes terror düşərgəsində görüşüblər.
PKK-nın qrup daxili təlimatlandırılmasında “Kobani və Tel-Abyat döyüşlərində 120-dən çox erməni yaraqlısının PKK-nın Suriya qolu PYD-yə dəstək verdiyi və tarix boyu ermənilərin kürd mübarizəsinə göstərdiyi köməkliyi üçün “Erməni qardaşlarımıza bu çətin günlərində dəstək olmalıyıq” kimi təlimat yer alıb.