Yeni sorğu keçirildi
Rusiya əhalisinin 81%-i ölkə prezidenti Vladimir Putinin hərəkətlərini təqdir etsə də, 19%-i onu dəstəkləmir.
Bu məlumatlar “Levada-Centr”in fevralda apardığı sosioloji araşdırma nəticəsində ortaya çıxıb.
2015-ci ilin oktyabrından başlayaraq Putinin dəstək reytinqi azalmaqdadır. Həmin vaxt bu rəqəm rekord həddə - 88%-ə çatırdı. Ötən ilin fevralında Putinin fəaliyyətini əhalinin 86%-i təqdir edib. Ötən ay isə bu rəqəm 82%-ə bərabər olub.
Bununla yanaşı, Rusiya əhalisinin yalnız 58%-i Baş nazir Dmitri Medvedevin işini bəyənir.