İnvestorlar xidmət sahəsində işgüzar fəallıqdan narahatdırlar
ABŞ-da xidmət sahəsində işgüzar fəallıq indeksinin 2014-cü il səviyyəsinə qədər azalması dolların 2009-cu ildən bugünədək müşahidə olunan ən rekord həddə ucuzlaşmasına gətirib çıxarıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Fevralın 3-də hərraclarda dollar əsas dünya valyutalarına nisbətdə 1,7% zəifləyib.
Treyderlər, investorlar və analitiklər Amerika iqtisadiyyatının “termometri” hesab edilən xidmətlər sahəsində işgüzar fəallıq haqqında məlumatlardan narahat olublar.
Dolların ardınca ABŞ dövlət istiqrazları da ilin əvvəlindəki minimuma qədər ucuzlaşıb.
Bununla yanaşı, treyderlər Amerika iqtisadiyyatında vektorun dəyişməsi haqqında birmənalı danışmağa hazır deyillər və fevralın 5-də çıxacaq işsizliyə dair hesabatı gözləyirlər.
Agentlik tərəfindən keçirilən sorğuda iştirak edən ekspertlərin fikrincə, Amerika iqtisadiyyatı yanvar ayı üçün 200 min yeni iş yeri yaradıb, əgər real məlumatlar bu göstəricilərdən çox olsa, investorlarda yenidən dollara inam yaranacaq.