Rus eskpert: “Rusiya da İŞİD-dən neft alır”

Rus eskpert: “Rusiya da İŞİD-dən neft alır” Rusiyanın özünün də İŞİD-lə neft biznesi var

Axar.az xəbər verir ki, bu fikir politoloq Andrey Piontkovskinin Ukrayna mətbuatında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Putin Qərb liderlərinin zəifliyindən istifadə edərək, onları məğlub edir:

“Bir müddət öncə Putinin özünün də bu biznesdə əli var idi. Mən artıq dəfələrlə Venediktovun sensasiyalı ifadələri haqqında yazmışam. O təsdiqləyirdi ki, İŞİD neftinin əsas alıcısı Əsəddir və bu işdə ona Moskva həm maliyyə, həm də diplomatik cəhətdən yardım edir. Orada artıq Əsəd-Putin-İŞİD üçlüyü formalaşıb və özünü tam axmaq kimi göstərən Qərb siyasi liderləri bunu başa düşmürlər. Təsəvvür edin ki, Kerri də, Böyük Britaniyanın Müdafiə naziri də, NATO da Rusiya ilə Suriya məsələsində mütləq əlaqə qurulmasından yazdı. Başqa sözlə desək, Kreml heç bir resursa sahiblənmədən sırf Qərb liderlərinin zəiflikləri, axmaqlıqları ilə oynayır. Məncə, NATO bu məsələdə Ərdoğana dəstək olmayacaq. Obama isə ən yaxşı halda Moskva və Ankara arasında vasitəçi roluna sahiblənəcək. Qərbin bu zəifliyi və Putini bağışlamaları bütün problemlərin kökünü təşkil edir. Hətta hamının sevimlisi olan Merkel xala belə rus ayısından gizlənərək, Ukraynadan dərhal Krıma elektrik enerjisini verməyi tələb edir. Mən hələ Ollandan danışmıram. Məhz o, Moskvaya Putinin əlini öpmək üçün gəlmişdi. Bu, Qərb liderlərinin inanılmaz keyfiyyətləridir. Beləliklə, Putin əlində heç bir kozır olmadan çox mükəmməl formada Qərb liderlərinin siyasi və psixoloji zəifliklərindən istifadə edir”.

Oxşar xəbərlər