"Rusiya MDB-də təsir gücünü artırmaq üçün müharibə etməyə məcburdur. SSRİ dağıldıqdan sonra Moskvanın əsas "nailiyyətləri": Çeçenlərin müqavimətini qırdı, Gürcüstan və Ukraynaya hərbi müdaxilə etdi. Yalnız Ukraynada Krımı tutmaqla Putin qismən öz təsir gücünü göstərməyi bacarıb. Amma Putin başqa hədəflərə hələ də nail olmağı bacarmayıb"
Bunu İsrail politoloqu və siyasi eksperti Avraam Şmuleviç söyləyib. Onun sözlərinə görə, hazırda Suriyada Rusiyanın müharibəsi gedir. Amma Kreml bundan sonra yeni müharibəyə başlamağa məcburdur:
"Putinin növbəti hədəfi Qazaxıstan ola bilməz. Bu ölkəyə müdaxilə halında Rusiya Çinin iqtisadi maraqlarına toxunacaq. Rusiya bu müdaxiləndən çəkinir. RF-in Baltikyanı ölkələrə NATO ilə üz-üzə gəlməmək üçün müdaxilə etmək imkanı yoxdur. Ən optimal ehtimal Cənubi Qafqazdır. İlk növbədə Rusiya Federasiyasının qurbanı Azərbaycan ola bilər. Azərbaycan – dadlı tikədir. Suriyada macərası bitdikdən sonra, Rusiya Federasiyası Cənubi Qafqaz barəsində aktiv siyasətə başlayacaq. Ermənistan və Gürcüstan artıq faktiki olaraq Rusiyadan asılıdır. Rusiya iqtisadi təzyiq vasitəsi ilə bölgəyə müdaxilə edəcək".
Ekspert hesab edir ki, Rusiya xüsusi xidmət orqanları Azərbaycanda daxili stabilliyi pozmağa cəhd edəcək: "Mən nüfuzlu Rusiya ekspertləri tanıyıram ki, Rusiyanın Azərbaycanda vəziyyətin destabilizasiyası üçün sosial, dini və etnik ziddiyyətlərdən istifadə etməsini dəstəkləyir. Bu vəziyyəti gözləməyə dəyər. Çünki Rusiya rəhbərliyi hərbi güclə qonşu ölkələrin ərazisini tutmaqdan başqa heç nəyi bacarmır".