O, Gürcüstan hakimiyyətini “Qazprom” ilə danışıqlara görə qınayıb
Gürcüstanın sabiq prezidenti, hazırda Odessa vilayətinin qubernatoru Mixael Saakaşvili gürcü milyarderi, sabiq baş nazir Bidzina İvanaşvilini riyakarlıqda ittiham edib.
Saakaşvilinin sözlərinə görə, oliqarx “Qazprom”un səhmdarı olmadığını deyərək yalan danışmaqda davam edir.
“Əsas rusiyayönümlü şəxs Bidzina İvanaşvilidir. O, “Qazprom”un əsas səhmdarından biridir. “Qazprom”da səhmlərinin olmadığını dedikdə yalan danışırdı.
Bununla bağlı İsveçrədə xüsusi hesabat dərc edilib. Amma o hamını aldatmaqda davam edir. “Qazprom”un səhmdarı isə birbaşa olaraq Kremldən göstəriş alır. Belə olmasaydı, Rusiya KQB-si ona səhmdar olmağa imkan verməzdi”, - Saakaşvili “Rustavi2” telekanalına verdiyi müsahibədə deyib.
O, həmçinin ölkə əhalisinə Gürcüstanın ən çətin anlarında “Azərbaycan əhalisinin yarısından çoxunu qazsız qoyaraq bizi isitdi”yini xatırladıb.
“Siz necə unutqan oldunuz! 2005-ci ildə “Qazprom” bütün Gürcüstanın qazını kəsdi, xirtdəyimizə dirəndi, Azərbaycan bizim dadımıza çatdı, öz əhalisinin yarsını qazsız qoyub bizi isitdi. Ardınca müqavilə imzaladıq, dünyada ən ucuz qiymətə qaz aldıq. Biz isə yenidən Gürcüstanı yarı yolda qoyanlara yaxınlaşdıq.
Bundan sonra Azərbaycan bizim haqqımızda nə düşünər? Bizim qədirbilməz xalq olmağımızı? Lakin xalq yox, rəhbərlik naşükürdür. Bu, faktdır”, - Gürcüstanın Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlarına şərh bildirən Saakaşvili deyib.