Bu ölkənin neft naziri danışıb
İran sanksiyaların ləğvindən sonra neft ixracatını artıracağını bir daha bəyan edib.
qanuninfo.az Bloomberg-ə istinadən xəbər verir ki, bununla da neftin qiymətləri son 3-cü həftənin ən yüksək səviyyəsində bahalaşmanı dayandırıb.
Bu ölkənin neft naziri Bijən Namdar Zəngənə İRNA agentliyinə deyib ki, İran üçün neft ixracını sanksiyalardan əvvəlki səviyyəyə qaldırmaq prioritetlik təşkil edir.
Bundan başqa, İran Milli Neft Şirkətinin rəhbəri Rokneddin Javadi isə Shana informasiya agentliyinə bildirib ki, sanksiyaların ləğvindən sonra İran neft ixracını bir həftə içində sutkalıq 500 000 barel artıracaq.
Qeyd edək ki, 2015-ci ilin orta qiymətlərinə nəzər saldıqda, Brent markalı neft cari ili 11 ilin ən aşağı qiymətləri ilə başa vuracaq.