İrandan Türkiyəyə xain zərbə

İrandan Türkiyəyə xain zərbə İran İslam Respublikası Türkiyəyə satdığı təbii qazı yarıbayarı azaldıb

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Tehran hökuməti bu qərarı ölkəsində qışın sərt keçməsi ilə əlaqələndirib.

Türkiyəli jurnalist Olcay Aydilekin verdiyi xəbərə görə, İran hökuməti bu cür qərarı Rusiyanın istəyi ilə qəbul edib. Onun hazırladığı reportajda deyilir ki, İran hökumətinin Türkiyəyə satdığı 30 milyon kubmetr təbii qaz 15 milyon kubmetrə endirilib: “İran tərəfi iddia edir ki, bu il qış sərt keçəcəyi üçün Türkiyəyə satdığı qaz azaldılmasa, ölkəsinin təbii qaz ehtiyatlarını ödəməyəcək. Ona görə də İran hökuməti belə bir qərara imza atıb. Ancaq heç kəsə sirr deyil ki, İran bu qərarı Rusiyanın istəyi ilə edib. Rusiya indi də müttəfiqi olan İran vasitəsilə Türkiyəyə bu cür təzyiq etməyə başlayıb”.

Oxşar xəbərlər