Dünya bazarlarında qiymətdən düşən “qara qızıl” Azərbaycan iqtisadiyyatı üçün mənfi təsirini göstərməkdə davam edir. İqtisadiyyatın neftdən birbaşa asılılığı isə hazırkı ağır situasiyanı yaşamağımıza səbəb olub. Amma maraq doğuran və insanların böyük narazılığına səbəb olan məqam, neft ölkəsi Azərbaycanda yanacağın qiymətinin çox yüksək olması və “qara qızıl”ın azı 3 dəfə ucuzlaşmasından sonra da məsələn, benzinin baha qalmasıdır
Müvafiq qurumlar ucuzlaşma baş verməməsini yanacağın tənzimlənən məhsullar siyahısında olması ilə əsaslandırsa da, vətəndaş benzinin qiymətinin aşağı salınması istəyindədir. Müşahidələr göstərir ki, 21 dekabr devalvasiyasından sonra insanların böyük əksəriyyəti hətta şəxsi avtomobildən istifadədən imtina edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az saytına yanacağın ucuzlaşmamasının səbəblərini izah edib: “Bu gün ölkədə 1,1 milyon avtomobil var. Həmin avtomobillər üçün 1 il ərzində 2 milyon ton (milyardlarla litr) benzin sərf olunur. Bunun təqribən 1,3 milyon tonu avtomobil benzini, 700 min tonu dizel yanacağıdır. Yanacağın pərakəndə satışının illik dövriyyəsi təqribən 1,9 milyard manatdır.
Satışdan aksiz, mənfəət vergisi tutulduğunu və prosesdə çoxlu oyunçular olduğunu nəzərə alsaq, bu, pis gəlir deyil. Bundan Dövlət Neft Şirkətinin emal müəssisələri, pərakəndə satış nöqtələri və başqaları öz hissələrini götürür. Bu baxımdan, yanacaq dövlət üçün əhəmiyyətli sahədir”.
O qeyd edib ki, dünya bazarında ucuzlaşma zamanı xammaldan asılı olan ölkələrdə, yanacağın qiymətinin daxili bazarda aşağı salınması tendensiyası heç vaxt müşahidə olunmur: “Məsələn, qonşu Rusiya və Qazaxıstana nəzər yetirək. Rusiyada 2015-ci ildə yanacağın qiyməti kəskin olmasa da, daim yüksəlib və orada azad bazar var. Növbəti il üçün ixrac nefti artacağından, Rusiyada neft məhsullarının qiymətində 2 rublluq bahalaşma olacağı, bu, o cümlədən Qazaxıstanda proqnozlaşdırılır. Oradakı problem neft məhsullarının bir qisminin Rusiyadan idxal edilməsi ilə bağlıdır. Dövlətin qismən tənzimləmə rolunu oynamasına baxmayaraq, qiymətlərdə artım müşahidə olunur.
Azərbaycanda 2014-cü il aprel ayının 1-dən etibarən yüksək oktanlı benzin dövlət nəzarətindən çıxsa da, yerdə qalan yanacaq dövlət nəzarətindədir. Bununla belə, biz o yanacağın qiymətində də dəyişiklik hiss etmirik.
Sonuncu qiymət dəyişikliyi 2014-cü ilin oktyabr ayında olub. Üstündən 14 ay keçib, ən əsası manat iki dəfə devalvasiyaya uğrayıb. Ötən müddətdə Mərkəzi Bank 9,8 milyard intervensiya edərək manatın kursunu stabil saxladı. Bu, olduqca paradoksal situasiyaya gətirib çıxardı.
Niyə 10 milyarda yaxın vəsaiti yandırdıq?.. Vəsait yox oldu, amma nə iqtisadiyyat, nə dövlət, nə də vətəndaşın xeyrinə dəyişiklik oldu”.
Ekspertin sözlərinə görə, ölkənin idxal etdiyi benzin ümumi yanacağın 10 faizini təşkil edir: “Rövnəq Abdullayev özü də bildirmişdi ki, Azərbaycanın idxal etdiyi benzin 10 faizə yaxındır. Yəni bu qiyməti bahalaşdırmağa əsas vermir. 1,3 milyon ton benzinin satıldığını nəzərə alsaq, onun 10 faizi 135 min tonu yüksək oktanlı benzinin payına düşür. Ona tələbat isə azalıb. Çünki insanların alıcılıq qabiliyyəti aşağı düşüb”.
İlham Şaban 2016-cı il üçün yanacağın qiymətinin artıb-azalacağı proqnozunu verməyin çətin olduğunu bildirib: “Proqnoz vermək bir qədər çətindir. Amma azalmadan söhbət gedə bilməz. Dövlətin valyuta gəlirlərinin 90 faizi bir məhsul-xammal hesabına formalaşırsa və onun da qiyməti yarıdan çox azalırsa, bu zaman dövlət nəyinsə hesabına kompensasiya etməyin yollarını axtarır. Onu kompensasiya etməyin bir yolu da neft məhsullarının qiymətinin artırılmasıdır.
SSRİ-də də həmişə belə olub. O dövrdə benzinin qiyməti birdən-birə 15 qəpikdən 30 qəpiyə (100 faiz) qaldırılıb. Azərbaycanda da faktiki olaraq sovet iqtisadiyyatıdır. Ona görə qiymətin qaldırılması ani baş verir. Məsələn, 2013-cü ilin dekabrında yanacağın qiyməti 31 faiz qalxdı. Maraqlıdır, illərlə sabit qalan məhsulun qiyməti tədricən deyil, birdən-birə, həm də nəzərəçarpacaq dərəcədə qaldırılır.
Xaricdə bahalaşma tədricən, 3-5 faiz, bizdə isə 30-50 faiz olur. Fərq budur. Bu da insanların həyat və fəaliyyətinə şok təsiri bağışlayır. Hesab edin ki, Dubaydan Sibirə gedirik. Olduğumuz yerdə havanın hərarəti 30 dərəcə isti, getdiyimiz yerdə isə 30 dərəcə şaxtadır.
Azərbaycan hökuməti həmişə belə bir şərait bəxş edir. Nəzərə alın ki, Azərbaycanmı büdcəsi xarici dövlət şirkətinin büdcəsi qədərdir.
Catışmayan cəhəti odur ki, 11 ayın nəticələrinə görə idxalı azalda biməmişik, hələ də artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 9 ayın tədiyyə balansına görə idxal artıb.
Bu onu göstərir ki, neftdən gələn gəlirin çox böyük hissəsini idxala sərf etmişik, yəni yemişik. Buna da deyilir qeyri-rasional xərcləmə.
Biz niyə başında bir damcı kükürd, arxasında isə yonqardan tutmuş nə desən ola bilən kükürdü istehsal edə bilmirik? Axı onu cəzaçəkmə müəssisəsində saxlanılan şəxslər də, “Azərkimya”nın çalışanları da düzəldə bilərlər. Biz fil düzəltmək istədik, əlimizdən heç nə gəlmədi, keçdik dəvəyə, ata, eşşəyə, ondan da siçana keçdik. Siçanı da pişik hoop eləyib yedi...
Çünki biz çox böyük sənaye obyektlərindən yapışmışıq. Amerikanın isə ümumi daxili məhsulunun böyük hissəsini kiçik müəssisələr verir. Sadəcə, bizim davamsız iqtisadiyyatımız davamlı pul xərcləmə üzərində qurulub. Vəssalam!”