Antiterror əmaliyatından sonra Qarabağın erməni icmasının nümayəndələri Azərbaycanla danışığa gəlməyə məcbur oldu

Antiterror əmaliyatından sonra Qarabağın erməni icmasının nümayəndələri Azərbaycanla danışığa gəlməyə məcbur oldu

Ali Baş Komandanımız cənab perzident İlham Əliyevin əmri ilə 27 sentyabr səhər saat 6:00da ordumuz əks hücuma keçərək “Dəmir Yumruq” əməliyyatına başladı. Bununlada şanlı tariximiz olan 44 günlük Vətən müharibəsi başlamış oldu. Müharibənin gedişində Ağdərə rayonunda bir sıra yüksəklikləri, Kəlbəcərin strateji əhəmiyyətli Murovdağ zirvəsi, Tərtərin Madagiz (Suqovuşan), Cəbrayıl, Qarabağın qapısı-Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri düşməndən azad olundu. Vəziyyətin çıxılmaz olduğunu anlayan Ermənistan rəhbərliyi Rusiyanın vasitəçiliyi ilə məğlubiyyəti qəbul edərək 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə üçtərfli bəyanat qəbul edildi, beləliklə hərbi əməliyyatlar başa çatdı. Bəyanata əsasən rus sülhməramlıların münaqişə zonasına yerləşdirilməsinə paralel olaraq erməni silahlı birləşmələri Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin hələ də bu separatçı birləşmələr tərksilah edilməmişdi. Bu isə tez-tez təxribatlara yol açırdı. Ermənistanın bu separatçı addımları 2022-ci il avqustun 3-ü və 4-də “Qisas” əməliyyatları ilə layiqincə cavablandırılmış, eyni zamanda avqustun 26-sı Azərbaycanın rəşadətli ordusu Laçın şəhəri mərkəzinə daxil olmuşdu. Bütün bu qələbələri həzm edə bilməyən erməni qüvvələri revanşist hislərlə özlərini bəsləyir, qaçaq yollarla küllü miqdarda silah-sursat, eləcədə müxtəlif təyinatlı hərbi-texnikaları mülkü obyektlərə toplayaraq yeni geniş-miqyaslı təxribatlara hazırlaşırdı. Onlar Xankəndi, Xocalı ərazilərində yerləşən mövqeləri qanunsuz olaraq minalayırdı.
2023-cü il sentyabrın 19-da düşmənin kəşfiyyat-diversiya qrupu tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində iki mülki vətəndaşımız, polis əməkdaşlarımız və hərbi qulluqçularımız həlak oldu. Bütün bunlar regionda sülhün və sabitliyin pozulmasına böyük təhlükə törədirdi. Həmin gün Ali Baş Komandanımız, Cənab İlham Əliyevin göstərişi ilə törədilən bu təxribatların qarşısının alınması, Ermənistan silahla qüvvələrinin tərksilah edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatı başlanıldı. Əməliyyat zamanı 90-dan çox döyüş mövqeyi bölmələrimizin nəzarətinə keçdi. Eyni zamanda xeyli silah-sursat və hərbi texnika, radioelektron mübarizə stansiyaları zərərsizləşdirildi. 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri və Əsgəran qəsəbəsi daxil olmaqla bütün yaşayış məntəqələrimiz terrorçulardan təmizləndi. “Dağlıq Qarabağ Respunlikası”da artıq buraxıldığını elan etdi. Region tamamilə Azərbaycan ordusunun nəzarəti altına keçdi. Bununlada qalib xalqın qalib ordusu suverenliyimizi tam bərpa etdi. Antiterror əmaliyatından sonra Qarabağın erməni icmasının nümayəndələri Azərbaycanla danışığa gəlməyə məcbur oldu. Yevlaxda və Xocalıda görüşlər keçirildi. Vaxtilə erməni rəhbərliyi “biz Yevlaxa qədər gedəcəyik deyirdi”. Bəli, onlar Yevlaxa gəldilər. Amma onlar artıq öz məğlubiyyətlərini qəbullanmağa və Azərbaycan tərəfinin
bütün tələbləri ilə razılaşmaq məqsədi ilə gəlmişdilər. Nəticədə Xankəndidəki cinayətkar rejmin fəaliyyəti dayandırıldı, Qarabağda qanunsuz erməni hakimiyyətinin sonu çatdı.


Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
tarix müəllimi Pərvin İbrahimova

Oxşar xəbərlər