Brüsseldən Yevlaxa: Separatçılığın Kürün sahilində DƏFNİ - ÖZLƏRİ QAŞINDILAR...

Brüsseldən Yevlaxa: Separatçılığın Kürün sahilində DƏFNİ - ÖZLƏRİ QAŞINDILAR... Ermənistanın cəzasızlıq sindromu artdıqca nə təxribatları sərhəd tanıyır, nə də həyasızlığı. Amma İrəvanın bu həyasızlığına qarşı çarəni Azərbaycan artı tapıb. 30 ildən çox Azərbaycan ərazilərini işğalda saxlayan, Azərbaycana qarşı legitim ərazimizdə ikinci qondarma "respublika" qurmaq meylindən əl çəkməyən Ermənistanın bu xəyalları da Ordumuzun uğurlu lokal antiterror əməliyyatı nəticəsində tarixin zibilliyinə göndərildi.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr tarixlərində bölgədə lokal xarakterli antiterror tədbirləri həyata keçirən Ordumuz bir günün tamamına dəqiqələr qalmış Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qeyri-qanuni hərbi birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarmağı bacardı.

Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində olduğu kimi mülki əhali və infrastruktur obyektləri hədəfə almadan, yalnız legitim hərbi hədəflər sıradan çıxarmaqla qondarma rejim qalıqlarını Bakının şərtləri ilə razılaşmağa məcbur qoydu. Separatçılar silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirləri dayandırılacağını bəyan edən rəsmi Bakıya təslim olduqları barədə Rusiya sülhməramlı kontingentinin rəhbərliyi vasitəsi ilə məlumat veriblər. Bununla da uzun illərdir Qarabağ iqtisadi rayonunda separatçılıq toxumları səpən, onun baş qaldırmasına vasitəçi olan, hər cür yardım edən beynəlxalq təhsisatlar, dövlətlər, başda Ermənistan hakimiyyəti olmaqla, bütün fəaliyyəti cəmi 23 saata dağıdıldı.

Nəticə etiarı ilə Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə Yevlaxda görüşə hazır olduqları ilə bağlı müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Bu isə Azərbaycan ərazisində separatizmin dəfn edilməsi deməkdir. Ən əsası is.....

- Separatçılar təslim oldular❗️

- 90-dan artıq döyüş mövqeyini Azərbaycan ordusu nəzarətə götürdü❗️

- Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin Azərbaycanın konstitusion tələbləri çərçivəsində reinteqrasiyasına başlanıldı❗️

- Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah olunması prosesi başlanıldı❗️

Erməni separatçılarının silahlarını təhvil verməsi Qarabağda Azərbaycan qanunlarının işləməsinə sayılı günlərin qaldığı, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesinin başlanması anlamına gəlir. Yevlaxa qədər olan qondarma erməni iddiaları məhz Yevlaxda dəfn olunacaq.

Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərini Yevlaxa qədər işğal etmək, bizi Kür çayının sol sahilinə qədər qovmaq istəyən Ermənistanın planları bu gün elə Yevlaxdaca tarixin zibilliyinə göndəriləcək. 19-20 sentyabr lokal antiterror əməliyyatı bir daha göstərdi ki, 3 ildir Brüssel, Moskva, Vaşinqton, Praqa, Soçidə separatçılara qarşı beynəlxalq vasitəçilərin, təhsisat və siyasətçilərin bacarmadığını yenə də Azərbaycan Ordusu bacardı.

Azərbaycan növbəti dəfə həm diplomatik meydanda, həm də hərb meydanında erməni xülyalarının üstündən xətt çəkən tarixi zəfər qazandı. İstisna edilmir ki, bütün şərtlərimiz və tələblərimiz kiçik detallarına qədər yerinə yetiriləcək. Separatçılığı Azərbaycan ərazilərində bir daha başqa qaldırmaması üçün Azərbaycan dövləti bütün tədbirləri görəcək və bunun üçün qanunvericiliyi çərçivəsində lazımı addımlarını bundan sonra da atacaq. Erməni tərəfi bunu istəməsə də rəsmi Bakı məcburetmə siyasətinə sadiqdir. Bunu ötən gün Prezident İlham Əliyev xalqa müraciətində də aydın şəkildə bəyan etdi.

Dövlətimizin başçısı bizə xor baxanlara da xəbərdarlıq edərək deyib: “Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.

Təhməz Əsədov
Trend

Oxşar xəbərlər