Bildiyimiz kimi 2023-cü il sentyabrın 19-u tarixində erməni silahlı birləşmələrinin törətdikləri terror nəticəsində 6 Azərbaycan vətəndaşı bu terrorun qurbanı olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sentyabrın 19-dan başlayaraq Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror əməliyyatları həyata keçirmişdi. Təqribən bir sutka davam edən bu hərbi əməliyyatlar zamanı qanunsuz erməni hərbi birləşmələri zərərsizləşdirilmiş və düşmən ağ bayraq qaldıraraq təslim olmuşdur. Bu əməliyyatlarla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etmişdi. Prezident müraciətində bildirmişdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuş və ya ağır yara almışdır. Ermənilər İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror əməlliyyatları keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunan mina gətirilmişdi və bu minalarda müxtəlif yerlərdə basdırılmışdı. 19 sentyabr tarixində başladılan antiterror əməliyyatları bir gündə öz missiyanı yerinə yetirib və terrorçuları cəzalandırmışdılar. Bir daha Ermənistana göstərildi ki,onların istənilən təxribatının qarşısı alınacaqdır. Antiterror əməliyyatları nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişdilər.
Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli hərbi uğurlar qazanır. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş ordunun böyük bir hissəsi məhv edilmiş və sıradan çıxarılmışdır. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini,canlı qüvvəsini və texnikasını bizim ərazidən çıxarmamışdır. Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində ,düşmənin silah və texnikasının böyük hissəsi sıradan çıxarılmışdı. Prezident İlham Əliyev bildirdi ki, əfsuslar olsun ki,antiterror tədbirləri itkisiz ötüşməyib. Şəhidlərimiz var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Cəmi bir gün davam edən hərbi əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr şərtlərimizi qəbul etməyə razı oldular. Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə hazırdılar. Prezident xalqa müraciətində bildirdi ki, Azərbaycan hər zaman olduğu kimi öz sözünə sadiqdir. Əfsuslar olsun ki,qarşı tərəf atəşkəsə tam əməl etməyib və mövqələrimiz atəş altına düşmüşdür. Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz qəbul olundu. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri Azərbaycandan çıxarılmışdır. Əsrlər boyu davam edən davalara, savaşlara son qoyulmalı və regionumuza sülh gəlməlidir. Bizə xor baxanlar, Ərazimizə göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz!Onu da unutmasınlar ki,Qarabağ Azərbaycandır!
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Tarix müəllimi Rumiyyə Səfərova