Cari ilin 26 aprel tarixində Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər. Əvvəlcə Almaniya Kansleri bəyanatla çıxış edib. Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Son zamanlar Almaniya-Azərbaycan əlaqələrinin öz inkişaf dövrünü yaşadığını,bu qarşılıqlı əlaqlərin inkişafının həm ölkələrimiz üçün,həm də Cənubi Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi. O,COP29-a ev sahibliyi etməyin Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətli iş olduğunu vurğuladı. COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Azərbaycan yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edir.
Prezident İlham Əliyev çıxışına belə davam etdi: “Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir.Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq. Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcəkdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək.Həm ənənəvi enerji növləri,həm də bərpaolunan enerji növləri ilə Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaqdır”.
“Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk. Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşmüşlər. Almaniyanın xarici işlər naziri bu məsələdə öz dəstəyini göstərmişdir. Biz sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atırıq. Azərbaycan Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası prosesi də başlamışdır. Azərbaycanda yerləşmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırmışdır, buna artıq ehtiyac duyulmur”.
“Azərbaycanda media azadlığı təmin edilir. Heç bir senzura yoxdur, azad internet,yüzlərlə media orqanı fəaliyyət göstərir. Xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. Azərbaycanda azad cəmiyyət var,insanlar tam azad şəkildə yaşayırlar,yaradırlar,o cümlədən media nümayəndələri də”.
“Fələstin xalqının azadlığı və müstəqilliyi hər zaman Azərbaycan tərəfindən dəstəklənib.Yaxın Şərqdə müharibənin və hərbi əməliyyatların tezliklə dayandırılması hər zaman Azərbaycan tərəfindən ifadə edilib”.
“Ölkəmiz xarici tərəfdaşlarla yaşıl keçid üzrə nəhəng layihələrə başlayıb.2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”elan edilib.Yalnız bu il ərzində 1300 meqavat günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək.Biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik.Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq.Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik.Biz istəyirik ki,əldə edilmiş gəlirləri yaşıl enerjiyə sərf edək,bu istiqamətdə addımlar atırıq və COP29-da qarşıdurma arenası olmayacaq.Azərbaycan ev sahibi kimi körpülər yaradacaq.Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir,o cümıədən yaşıl enerjiyə keçidlə və iqlim dəyişikliyi ilə bağlı.”
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Məleykə Əkbərova