Ölümündən sonra həmin mesaj gəldi...

Ölümündən sonra həmin mesaj gəldi... Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi açıqlanıb.

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Məlumata görə, mərhum Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.

“İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız”, - mesajda yazılıb.

Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb.

Ölümündən sonra həmin mesaj gəldi...Ölümündən sonra həmin mesaj gəldi...

Oxşar xəbərlər