Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı

Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı Ermənistan Baş naziri Nikol Paşinyan İctimai TV-nin suallarını cavablandırıb.

Əvvəlcə media nümayəndələrindən yan keçməyə çalışan hökumət başçısı sonradan 2 suala cavab verəcəyini söyləyib.

O, Minsk qrupunun buraxılması və Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı müsahibə verib.

“Hələlik yeni konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır. Mən artıq dedim. Bizim Azərbaycan Konstitusiyası ilə bağlı narahatlığımız var. Orada Ermənistana qarşı ərazi iddialarını görürük. Təəssüflər olsun ki, Azərbaycanın konkret siyasi hərəkətlərini görürük. Hansı ki, düşünməyə əsas verir ki, Azərbaycanda öz ərazisindəki münaqişəni qapadıb onu Ermənistanın ərazisinə ixrac etmək istəyən dairələr var. ”, - deyə o bildirib.

Jurnalist isə "Azərbaycanda deyirlər ki, Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yoxdu" söyləyib.

Baş nazir isə belə deyib: "O zaman problem nədir? Gəlin, həmin saatda, həmin gün, həmin yerdə sülh müqaviləsini və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə sənədi, bəyənatı imzalayaq. Mən dəfələrlə publik şəkildə demişəm: buna hazır olduğumuzu təsdiq edirəm".

Paşinyan sözügedən görüntüləri sosial media hesabında paylaşıb.

Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı



Oxşar xəbərlər