
Bunu bu barədə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsinin müavini Morqan Ortaqus “Foks Nyus” kanalında məlumat verib.
"Prezidentliyinin ikinci həftəsində Donald Tramp İrana qarşı maksimum iqtisadi təzyiq kampaniyasına qayıdıb. Bu, onun ilk administrasiyasının siyasəti idi. İranın heç vaxt nüvə silahına sahib olmayacağını söylədi. Çox vacib olan odur ki, İran ilk dəfə olaraq real güc təhlükəsi, real təzyiq təhlükəsi altında danışıqlara getməyə məcburdur”, - deyə o bildirib.(axar.az)