Yeni Azərbaycan Partiyasını səciyyələndirən xüsusiyyətlərdən biri də islahatlardır

Yeni Azərbaycan Partiyasını səciyyələndirən xüsusiyyətlərdən biri də islahatlardır YAP-ın böyük tarixi nailiyyətlər qazanması onu Cənubi Qafqazda ən böyük siyasi partiya kimi tanıtmışdır. Partiya Heydər Əliyevin ətrafında yaradıldığına görə bu partiyanın bütün üzvləri vətənpərvər və öz xalqına sadiq insanlardan ibarətdir.
20 Yanvar hadisələri, ölkənin böhran vəziyyəti xalqı çox yormuşdu. 1993- cü ilin oktyabr ayında xalqın mütləq əksəriyyətinin dəstəyi ilə cənab Heydər Əliyev Prezident vəzifəsinə seçildi.
Yeni Azərbaycan Partiyasını səciyyələndirən xüsusiyyətlərdən biri də islahatlardır. Bu islahatlar genişmiqyaslı olması ilə seçilir. Bu gün Azərbaycan iqtisadi sahədə heç kimdən asılı deyil. İqtisadiyyatın istənilən sahəsi üzrə biz heç kimdən asılı deyilik.
Müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi. Amma son müharibənin ilk günündən etibarən Azərbaycan mənəvi üstünlüyə malik idi. Elə buna görə də , qələbə bizim oldu. Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Qonşu ölkələrlə əməkdaşlığımız yüksək səviyyədədir. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb.
YAP-ın fəaliyyətində müəyyən olunmuş strateji hədəflər var. Qarşıya qoyulmuş bütün vəzifələr layiqincə yerinə yetirilir. Hər zaman köməyə ehtiyacı olanın yanında olan ölkəmiz qardaş Türkiyədə zəlzələ baş verən gündən etibarən onların yanında olmuş, hər cür köməklik göstərmişdir.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Mehri Əliyeva

Oxşar xəbərlər