Yeni Azərbaycan Partiyasının VII qurultayı “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı ilə yaradılmış Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan Respublikası tarixində önəmli uğurlara imza atmışdır. Bu gün partiyanın 800 minə yaxın nümayəndəsi var. Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən bir partiyadır. Partiya hər zaman günün aktual mövzularına uyğun olan addımlar atmışdır. Elə ötən ilin 5 mart tarixində keçirilən VII qurultay da bu cür yerində və zamanında keçirilən tədbirlərdən idi. Bu qurultay müharibədən sonra keçirildiyinə görə xüsusi anlam daşıyırdı. VII qurultay Yeni Azərbaycan Partiyasının tarixində yeni bir mərhələnin başlanğıcı hesab edilə bilər. Qurultayın diqqətə layiq vacib məqamlarından biri də Birinci vitse-prezident Mehriban Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev pandemiya şərtlərini nəzərə alaraq qurultayda videoformatda çıxış etmişdir. O, hər zamankı kimi çıxışına şəhidlərimizi yad edərək başlamışdır. Daha sonra isə partiyanın yaranma tarixinə nəzər yetirmişdir. Həqiqətən də, partiya yarandığı tarixdə Azərbaycanda vəziyyət gərgin idi. Torpaqlarımız işğal edilir, xalq çətinlik çəkir, müstəqilliyimiz isə böyük təhlükə qarşısında idi. Lakin Ümummilli lider Heydər Əliyevin cəsarətli səyləri nəticəsində müstəqil və güclü Azərbaycan formalaşırdı. Yeni Azərbaycan Partiyası qurulduqdan sonra dövlətimizin tarixində çox dəyişikliklər olmuşdur, amma təbii ki, bunlardan ən böyüyü Qarabağa qayıdışımız idi. Cənab İlham Əliyev VII qurultaydakı çıxışında bu qələbədən fərəhlə bəhs etmişdir. Digər toxunulan məsələlərdən biri də beynəlxalq müstəvidə dövlətimizin yeri idi. Bu gün Azərbaycanın heç bir ölkə ilə problem yoxdur. Dövlətimiz Avropa İttifaqı ilə sıx əlaqələr yaratmışdır. Prezident qeyd etmişdir ki, Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanmışdır. Prezident Əliyev iqtisadi sahədə də şəffaflıq dövrü olduğunu vurğulamışdır. Vergi və gömrük orqanları hesabına büdcədə proqnozlaşdırılandan da daha çox artım olmuşdur. Buna görə də hətta pandemiya və müharibə dövründə belə büdcənin icrası ilə bağlı heç bir problem olmamışdır. Bunun nəticəsidir ki, Qarabağda bərpa işləri çox sürətlə aparılmışdır. Bunlardan başqa, VII qurultayda yeni Nizamnamə də qəbul edilmişdir. Bu nizamnaməyə görə, Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları kimi müəyyənləşdirilmiş, habelə Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu qeyd edilmişdir. Cənab İlham Əliyev xüsusilə də, Veteranlar Şurasından bəhs etmişdir. Belə bir şuranın yaradılması prezidentimizin “91-lər”ə bir növ vəfa borcu idi. Çünki onlar təkcə Heydər Əliyevə müraciət etməmişdilər, həm də bu xalq, bu millət uğrunda öz həyatlarını heç saymışdılar. Onları Azərbaycan xalqı heç vaxt unutmamalıdır. Yeni Azərbaycan Partiyası bütün təqiblərə, çətinliklərə rəğmən yaradılmış bir partiyadır. Onun varlığı tarixi bir zərurətdən irəli gəlirdi. Bu partiya xilaskar missiya üçün yaradılmışdı. Gün keçdikcə daha çox insanı ətrafında birləşdirir və birləşdirəcək. Partiya 1993-cü ildən bəri bütün seçkilərdən qalib çıxmışdır. YAP-I xalq seçir və dəyər verir. Çünki partiyanın yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən işlər Azərbaycanın milli maraqlarına tam cavab verir, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyimizə, Azərbaycan
vətəndaşlarının hər birinin maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edir. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva
vətəndaşlarının hər birinin maddi-rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edir. Yeni Azərbaycan Partiyasının sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyası - Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də Yeni Azərbaycan Partiyasının tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva