2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatlarının nəticəsi olaraq düşmən tapdağı altında qalan torpaqlarımız azad olundu,ərazi bütövlüyümüz bərpa edildi. Bu qələbə dövlətimizin, xalqımızın və ordumuzun rəşadətini, qətiyyətini və məğrurluğunu bütün dünyaya göstərdi, düşmənlərə və onun havadarlarına əsl dərs oldu. 44 gün ərzində davam edən Vətən müharibəsində ədalət təmin edildi.
Vətənpərvərlik xalqın qan yaddaşını, şəxsiyyətini səciyyələndirən ən yüksək əxlaqi keyfiyyətdir. Bu keyfiyyət Azərbaycan xalqının həyatında həmişə başlıca rol oynayıb. Bu ali hisslərə malik Azərbaycan xalqı işğal altında torpaqların geri alınması zamanı ordunun yanında oldu.
44 günlük Vətən savaşı zamanı Azərbaycan xalqı həmrəylik nümayiş etdirdi.Ordumuzun böyük rəşadət göstərməsi,bir addım da geri çəkilməməsi cəmiyyətimizin orduya inam və rəğbətini daha da artırdı. Vətənpərvər gənclərin orduya könüllü dəstək nümayişləri sübut edirdi ki, ordumuzla cəmiyyətin birliyi möhkəmdir. Xalqın orduya güclü dəstəyi, xalq, ordu, Ali Baş Komandan birliyi - bu üçlük dəmir yumruq kimi birləşdi. Həmin günlərdə Azərbaycan xalqı ordunun yanında oldu,ona dəstək oldu .Bu həmrəyliyi ən kiçik elementdə belə görmək olardı, məsələn cəbhə bölgəsinə yaxın kəndlərdə yaşayan insanların dəstəyindən,onların əsgərlərimizə münasibətindən, yəni hər kəs gücü çatan köməkliyi etməyə çalışırdı. Azərbaycan xalqı dünyaya ordu ilə cəmiyyətin həmrəyliyini nümayiş etdirə bildi. Danılmaz faktdır ki, bu gün adı güclü ordular sırasında çəkilən Azərbaycan ordusunda iradəli, əzmli, cəsarətli,qəhrəman və gənc nəslə nümunə olan qeyrətli Vətən oğulları var. Vətənin, millətin keşiyini çəkən oğulların arxasında da Azərbaycan xalqı dayanır.
Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Zahidə Əzizova