Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev 1923- cü il mayın 10- da Azərbaycsn Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Hələ uşaq yaşlarından etibarən elmə, təhsilə böyük marağı olmuşdur. Lakin təhsil aldığı müddət ərzində İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-1944-cü illərdə müxtəlif vəzifələrdə çalışmışdır.1944-cü ilin may ayında dövlət təhlükəsizlik orqanlarında işə göndərilmişdir.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
Ümummilli Lider Heydər Əliyev hər zaman çətin günlərdə Azərbaycan xalqının yanında olmuşdur. 1993-cü ildə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu hakimiyyətə dəvət etməyə məcbur olmuşdur.
Heydər Əliyev 1993-cü il iyunun 24-dən etibarən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdşr. 1993- cü il oktyabrın 3- də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının prezidenti olmuşdur.
Ötən əsrin 90-cı illərində müstəqillilini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə üz- üzə qalmışdır. Lakin Ümummilli Lider Heydər Əliyevin uğurlu siyası addımları sayəsində bu baş vermədi. Azərbaycan bütün sahələrdə inkişaf etməyə başladı.
Heydər Əliyevin hakimiyyəti dövründə iqtisadi sahədə də çox böyük nailiyyətlər əldə edilmişdir. Bunun ən böyük sübutu 1994-cü ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsinin imzalanması olmuşdur.
Heydər Əliyev hər zaman milli ideologiyanı, xalqın birliyini təmin edib. Məhz bu addımlar sayəsində ölkəmizin milli adət-ənənələri başqa dövlətlər tərəfindən tanınıb.
2023-cü il mayın 10- da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması üçün Azərbaycan Respublikasının prezidenti “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Mehri Əliyeva