İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiya və demarkasiyası başlayıb

İndi biz müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiya və demarkasiyası başlayıb
Ermənistanla dövlət sərhədinin 30 illik işğaldan azad edilməsindən sonra Azərbaycan hazırda dövlət sərhədi boyunca sərhəd nəzarəti infrastrukturu qurur. Ermənistan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası regionda sülh və təhlükəsizlik üçün vacibdir. Hal –hazırda münaqişə artıq başa çatıb və müharibədən sonrakı dövrdə tərəflər nəqliyyat əlaqələrini açmaqla yanaşı, dövlət sərhədinin demarkasiyası kimi vacib məsələlərə həll yolları tapmağa çalışırlar. Noyabr müqaviləsindən sonra Azərbaycan Sovet xəritələri və GPS istifadə edərək demarkasiya prosesinə başlayıb. Ermənistanın ilk başda bu prosesi bilərəkdən uzatmasının başlıca səbəbləri ondan ibarət idi ki, qarşı tərəf hələ də beynəlxalq təsisatların köməyi ilə qondarma DQR-in status almasına xəyalpərvərliklə ümid edirdi və delimitasiya baş tutduğu təqdirdə bu ümiddən tamamilə əlini üzməli olacağını bilirdi.. Dövlətimizin başçısı İlham Əliyev də müsahibələrində bu zərurəti dönə-dönə vurğulayıb. Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etmək istəyir. Ermənistan anlamalıdır ki, Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqının dinc yanaşı yaşaması Azərbaycan hökumətinin prioritetidir. Azərbaycana qarşı təbliğat aparmaq və demarkasiya - delimitasiya prosesinin başlamasının qarşısını almaq yalnız sülh prosesinə zərər verəcəkdi. Bu gün Ermənistan artıq reallığı anlayıb və sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər. “Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”, - deyə dövlətimizin başçısı bildirib.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova


Oxşar xəbərlər