1988-ci ildən etibarən Azərbaycanda bir çox hadisələr cərəyan edirdi. Azərbaycanı gözü götürməyən qüvvələr, ermənilər və daxildə olan bəzi müxalif qüvvələr bir çox hadisələrə səbəb olmuşdular. Bütün olanların qarşısını almaq üçün xalqın ağıllı, xalqına canı yanan bir xilaskara ehtiyacı vardı. Xalq düşündü və bu xilaskarın məhz Heydər Əliyev olduğu qərarına gəldi. Ciddi sınaqlara məruz qalan xalqın ağıllı ziyalıları Heydər Əliyevin ətrafında birləşdilər. Mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi yeni bir partiyanın yaranması və hər kəsin eyni idealogiyada birləşməsi olmalı idi. 91 nəfər Azərbaycan ziyalısı Yeni Azərbaycan Partiyasına başçılıq etmək üçün Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 550 nəfərdən ibarət təsisçi qrupu ilə birgə Naxçıvanda 1992-ci il noyabr ayının 21-də YAP-ın təsis konfransı keçirildi. Konfrans Ümummilli Lider Heydər Əliyevin başçılığı ilə baş tutdu. Bu konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Yekdilliklə sədr Ümumilli Lider Heydər Əliyev seçildi. Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətdə aparıcı qüvvə, iqtidar partiya olması Heydər Əliyevin xilaskar missiyasına olan xalqın inamı idi. Xalqın arzusu və təkidi ilə Vətənə dönən Ulu Öndərin ağıllı siyaəti ilə ölkədə vəziyyət stabilləşməyə başladı.
Yeni Azərbaycan Partiyasının üzvləri günü-gündən artır. Buna səbəb xalqın Ümumilli Lider Heydər Əliyevin siyasətinə və onun davamçısı olan Ali Baş Komandanımız, Prezidentimiz cənab İlham Əliyevə olan inamıdır. Boşuna deyilmir ki, Yeni Azərbaycan Partiyası “dünənin, bu günün və sabahın partiyasıdır”. Yeni Azərbaycan Partiyasının əsas məqsədi dövlət müstəqilliyini möhkəmləndirmək, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaşların dinc və firəvan yaşaması üçün işlər qurmaqdır. Daim digər partiyalarla əməkdaşlığa açıq olan YAP siyasi dialoqu stimullaşdırır. Ölkəmizdə aparılan siyasi dialoqlar partiyaların təşəbbüsü ilə zənginləşdirilmişdir. Məhz xalqın düzgün seçiminin nəticəsidir ki, Ümumilli Lider Heydər Əliyevin siyasətini bugün davam etdirən layiqli davamçı İlham Əliyevin başçılığı altında Qarabağımız bugün azaddır. Hər birimiz Ümummilli Liderimiz Heydər Əliyevin sözünü böyük fəxrlə təkrar edirik: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”
Bakıxanov qəsəbəsi, 213 saylı məktəb-liseyin
direktoru Səbinə Əliyeva