VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub Mayın 1-də Bakıda işə başlayan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub. Beynəlxalq platforma olan bu forumda 110 ölkənin nümayəndəsi iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaq və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olmaqdır. Forumda Azərbaycan Respublikasını təmsil edən Prezident İlham Əliyev çıxışında bir – sıra fikirlər bildirmişdir.
Bu formun mədəniyyətlərarası dialoq məsələlərini həll edəcəyinə inanıram. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub.Müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz bunlardan ibarətdir.Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Biz bunu gündəlik həyatımızda nümayiş etdirmişik.İllər öncə torpaqlarımızın işğal olunduğu günlərdə ölkə olaraq çətin günlərdən keçirdik. İqtisadi və sosial çətinliklər bu zamanlarda özünü daha çox büruzə verirdi. Azərbaycanı parçalamaq cəhdləri və aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının həmrəyliyini, birliyini sınağa çəkirdi. Buna görə milli maraqların qorunması bizim uğurumuz üçün çox vacib amildir. Əlbəttə ki, bu kontekstdə dini rəhbərlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Müzakirə olunacaq məsələlərdən biri də çoxtərəflilikdir. Azərbaycan öz təcrübəsini bu sahədə göstərib. Biz çoxtərəfliliyə sadiq bir ölkəyik. Çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq etmişik. O, BMT-dən sonra ikinci ən böyük təşkilatdır və həmçinin bununla bağlı yekdil qərarımız olub. Sədrliyimiz verilən qərarla əlavə bir il də artırılıb. Qeyd etməliyəm ki COVID vaxtlarında biz, həmçinin Qoşulmama Hərəkatının platformasından istifadə edərək həmin faciəvi xəstəliyin fəsadlarını müzakirə etməyə çalışdıq. Çünki pandemiya bütün ölkələrə təsir göstərdi. Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı və ucaltdı.Biz dünyada yeni münaqişə ocaqları, qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Lakin unutmaq olmaz ki bütün məsələlərin həllində Azərbaycanın öz şəxsi təcrübəsi var. COVID vaxtlarında biz, həmçinin Qoşulmama Hərəkatının platformasından istifadə etmişik. Çünki pandemiya bütün ölkələrə təsir göstərirdi. Azərbaycan məhz o ölkələrdən biri idi ki, fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış etdi, səsini qaldırdı . Əlbəttə ki, iqlim dəyişmələrinə aid olan məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq. Lakin bizə həmrəylik və qarşılıqlı etimad lazımdır. Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Önəmli olan bu məsələlərdə birlik olmağı bacarmaqdır.
İlham Əliyev nitqinin yekun mərhələsində Azərbaycan Respublikasının uğurlu sülhü haqqında da rəy bildirib.
Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi.Biz demək olar 30 il ərzində işğal altında olmuşuq. Bütün əvvəlki dialoq forumlarında mən işğal və ədalətsizlik haqqında danışmışam və bildirmişəm ki, insanlar bundan əziyyət çəkiblər. Bizim beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi demək olar ki, müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qalıb və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün olub, biz etnik təmizləməyə məruz qalmışıq. Bu, Qarabağda və Şərqi Zəngəzurda baş verib. Burada tamamilə yerlə-yeksan olunan sahələri görmüşük. İndi biz azad edilmiş ərazilərə daxil olanda bunu öz gözlərimizlə görürük. Əminəm ki, iştirakçılardan bəziləri azad olunmuş ərazilərə baş çəkəcəklər. Biz öz səsimizi ucaltmışıq, biz ürəkdən çalışdıq, diplomatiya sahəsində işlədik, bütün beynəlxalq təşkilatlar qətnamələri və qərarları qəbul etdi və orada erməni qüvvələrinin çıxarılması tələb olunurdu. O cümlədən BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Amma bu, işləmədi, çünki implementasiya mexanizmi yox idi. Bu, bizim diqqətimizdən kənarda qala bilməzdi. Həmin qətnamələri qəbul edənlər heç bir şey etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı vəziyyətdəyik. Münaqişədən sonrakı vəziyyətə gəldikdə, bir daha deyirəm, Azərbaycan çox fəal çalışır, Azərbaycan məhz Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdü. İlham Əliyev bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək cəhdinin nəticəsiz qalacağını vurğulayıb.


Bakı şəhəri 69 nömrəli tam orta məktəbin texnologiya müəllimi Aida Hüseynova


Oxşar xəbərlər