Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

Əsrlər boyu Azərbaycan  mədəniyyətlərin qovuşduğu  məkan olub Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub.Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif ölkələrin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz qədim tariximizi, mədəniyyətimizi göstərir. Dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri xüsusilə diqqət çəkir.VI Mədəniyyətlərarası Dialoq Forumu və dövlətimizin başçısının fikirləri Türkiyə mətbuatının da diqqət mərkəzində olub.Azərbaycanın daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirir. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Dövlətimizin başçısının Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin “İslam 6 Həmrəyliyi ili” elan edilməsi də bu kimi məqamlara aydınlıq gətirir.
107 nömrəli tam orta məktəbin direktor müavini Əliyeva Esmira Xanəhməd qızı


Oxşar xəbərlər