1988-1989-cu illərdə respublikada siyasi-iqtisadi xaos yaranmışdır. Beləki o vaxtki respublika rəhbərliyin qətiyyətsizliyi nəticəsində erməni millətçiləri “Dağlıq Qarabağ”da separatist hərəkətlərini genişləndirdilər. Hər gün sərhəd bölgələrində azğınlaşan erməni milliyətçilərinin dinc sakinlərimizə qarşı cinayət xəbərləri gəlirdi. Onlar azərbaycanlılar yaşayan kəndlərə hücumlar edir, qətillər törədir, günahsız insanları evindən edirdilər. Respublika rəhbərliyi baş verən bu hadisələrə biganə yanaşırdı. Bu amillərdən istifadə edən millətçilər Moskvada və xaricdəki havadarlardan ərazi bütövlüyümüzə qarşı əsassız iddialar irəli sürürdülər. Məhz xalqımızın düşdüyü bu çətin vəziyyətə biganə qalmayan xalq tərəfindən tanınan ziyalılarımız Azərbaycanın gələcəkdə düşəcəyi bəladan qurtara bilən siyasi qurum-partiya və ona rəhbərlik edəcək müdrik bir şəxsə ehtiyac olduğunu görürdülər. Məhz həmin şəxs Azərbaycan xalqının inamını qazanmış Heydər Əliyev idi. Həmin vaxt H.Əliyev Naxçıvanda yaşayırdı. 91 nəfər Azərbaycan ziyalısı H.Əliyevə müraciət göndərdi. Bu Azərbaycanın yeni tarixinə “91” lərin müraciəti kimi daxil oldu. Əslində bu sənəd bütün xalqın arzu və istəyi idi. Müraciətdə H.Əliyevə yeni yaradılacaq partiyaya rəhbərlik etmək xahiş olunurdu. Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvanda H.Əliyev sədrliyi ilə təsis konfransı keçirildi. Konfrans YAP-ın yarandığını, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Heydər Əliyev YAP-ın sədri seçildi. Siyasi şura, idarə heyəti, sədrin müavinləri seçildi.
Beləliklə, Azərbaycan tarixində öz üzərinə böyük missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu öndər H.Əliyev cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilən YAP-ın hər tərəfli inkişafı üçün çox işlər gördü. Qısa bir zamanda Azərbaycanın bütün bölgələrində partiyanın yerli təşkilatları formalaşdı. Azərbaycan xalqı H.Əliyevin ətrafında getdikcə sıx birləşməyə başladılar. 1993-cü ilin yayında Gəncə hadisələrində xalqa arxalanan H.Əliyev bu qiyamın yatırılmasına nail oldu. Artıq aparıcı orqana çevrilən YAP və onun sədri Ulu öndər H.Əliyev 1993-cü ildə Azərbaycanın ağır vaxtlarında hakimiyyət uğurunda mübarizədə kənarda qala bilməzdi. Bəli, bu mübarizədə gecikmək xalqımızın düşəcəyi faciələrə yol aça bilərdi. Məhz xalqdan dəstək alan Ulu öndər H.Əliyev 1993-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində böyük səslə qalib gəldi. Bəli, düz 29 ildir YAP hakim partiyaya çevrilib. Bu gün Ulu öndərin davamçısı İlham Əliyev həm də YAP-ın sədridir. O, partiyanın hərtərəfli inkişafı üçün böyük işlər görür. Artıq bu gün YAP-ın 700 mindən çox üzvü var və onlar şərəflə, vicdanla Ulu öndər Heydər Əliyev və ideyalarını yaşadırlar. Bəli, YAP yarandığı gündən bu günə kimi iqtidar partiyası olaraq ölkənin siyasi-iqtisadi, mədəni həyatında dövlət siyasətini dəstəkləyir və dəstəkləyəcək. 30 ilə yaxın işğalda olan Qarabağ torpaqlarının erməni işğalından azad olunmasında “44 günlük” zəfər partiyasının sədri prezident, Ali Baş Komandan cənab İ.Əliyev və bütün partiya üzvləri siyasi mövqelərini göstərərək müharibənin ilk günündən qələbəyədək ordu-xalq birliyini nümayiş etdirdilər.
Maştağa qəsəbəsi, N.Nərimanov adına 128 nömrəli tam orta məktəbin
Təlim-tərbiyə işləri üzrə direktor müavini Cavanşir Əliyev