Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır

Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır Təsadüfi deyildir ki, ötən ilin oktyabrında Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində dövlət başçısı İlham Əliyevin iştirakı və çıxışı ölkəmizin etibarlı tərəfdaş kimi mövqelərinin daha da möhkəmlənməsinə şərait yaratdı. Prezident İlham Əliyev çıxışında bu layihənin Avropanın enerji təhlükəsizliyinin təminatında və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə etmişdir. Yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbatın artdığı xüsusi qeyd edilərək vurğulanmışdır ki, iki ildən artıqdır Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Bu gün Bolqarıstan Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir.
Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək respublikamızın təşəbbüsləri reallığa çevirən ölkə kimi nüfuz qazandığını görərik. Avropa ölkələrinə səfərləri zamanı Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, layihələrin dünyanın enerji xəritəsini dəyişməsindən geniş bəhs edən dövlət başçısı İlham Əliyev bu reallığı da diqqətə çatdırır ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Prezident İlham Əliyevin Bolqarıstana işgüzar səfəri çərçivəsində bolqarıstanlı həmkarı Rumen Radev ilə təkbətək görüşündə ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığı xüsusi qeyd olundu. “Həmrəylik Halqası” STRİNG layihəsinin uğurla həyata keçiriləcəyinə əminlik ifadə edildi. Azərbaycanın etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfə xüsusi vurğulandı. Bütün bunlar onu göstərir ki, imzalanmış Anlaşma Memorandumu ölkəmizin son illərdə artan Beynəlxalq nüfuzuna yeni töhvələr verəcəkdir.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər