Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə uzun illərdir sıx əməkdaşlıq içərisindədir

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə uzun illərdir sıx əməkdaşlıq içərisindədir
Noyabr ayının 24- də Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökümət başçılarının Zirvə görüşü keçirildi. Azərbaycan hazırda bu Proqrama sədrlik edir. Bu il 25-ci ildönümü qeyd edilən bu Proqram tərkibində olan dövlətlər üçün mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə uzun illərdir sıx əməkdaşlıq içərisindədir. Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanla geniş çərçivədə əməkdaşlıq qurulub. Bu ölkələrlə Azərbaycan arasında siyasi, iqtisadi əməkdaşlıqla yanaşı yaxın dostluq münasibətləri mövcuddur.
Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bildirib ki, 25 ildir fəaliyyət göstərməsinə baxmayaraq, SPECA-ə üzv olan dövlətlərin ilk Zirvə görüşüdür. Bu Zirvə görüşünün Bakıda keçirilməsi, Azərbaycanın bu Proqramda əsas aparıcı qüvvələrdən olduğunun göstəricisidir.
SPECA qurulanda üzv okan dövlətlərin əksəriyyəti yeni müstəqillik əldə etmişdi. İqtisadi cəhətdən zəif olan bu ölkələr hazırda iqtisadiyyatlarının inkişafına görə öz sözlərini demiş ölkələrdir. Prezident İlham Əliyev iqtisadi inkişafın əsas səbəbini siyasi sabitlik amili olduğunu bildirərək, ölkəmizdə tam şəkildə siyasi sabitlik olduğunu vurğulamışdır.
SPECA-ya daxil olan üzv dövlətlərin tam şəkildə müstəqil olması, müstəqil şəkildə daxili və xarici siyasət yeritməsi iqtisadi və siyasi inkişafın əsas səbəblərindəndir.


Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəbin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər