Mərkəzi Asiyanı digər regionlarla iqtisadi münasibətlərini möhkəmləndirən SPECA proqramının təməli 1998-ci ildə qoyulmuşdur. Bu proqramda əsas rol oynayan dövlətlərdən biri də Azərbaycandır. Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın üzv olduğu bu iqtisadi layihə BMT-nin Avropa iqtisadi Komissiyası Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyanın dəstəyi ilə fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda –Avropa və Mərkəzi Asiyanı birləşdirən bir bölgədə yerləşdiyi üçün ölkənin bu birlikdəki rolu əvəzedilməzdir.Hal-hazırda Azərbaycan SPECA-ya sədrlik edir.Cari il Xüsusi Proqram olan SPECA-nın 25-ci ildönümüdür.
2023-cü ilin noyabrın 24-də Bakıda Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının SPECA-nın iştirakçı ölkələrinin iştirakı ilə Prezident İlham Əliyev tərəfindən Zirvə görüşü keçirildi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, iyirmi beş il ərzində fəaliyyət göstərən SPECA-ya üzv olan dövlətlərin ilk zirvə görüşüdür. Bu gün Azərbaycan , Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan dövlətləri arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq davam edir. Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər. Prezident İlham Əliyev çıxışında bildirdi ki, hal-hazırda dünyanın müxtəlif bölgələrində müharibələr və münaqişələr geniş vüsət alıb. SPECA-ya üzv dövlətlərdə sülh və əmin-amanlıq hökm sürür və bu ölkələrdə quruculuq işləri sürətlə davam edir. Dünyada uğursuz, asılı, bir neçə ağaya xidmət edən ölkələrin sayı da az deyil. Ermənistan kimi ölkəyə müstəqil ölkə demək olmaz.Belə ölkələrin taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər əsl müstəqil dövlətlərdir,çünki müstəqil xarici və daxili siyasət yeridir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul etdiyi qətnaməni alqışlayır. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis olunmuşdur. Azərbaycan Etimad Fonduna 3.5 milyon ABŞ dolları ayıracaq.Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət yürütməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Prezident öz çıxışında Ermənistanın Azərbaycanın işğalçılıq siyasətinə də toxundu. Müstəqilliyimizin ilk illərində Ermənistan Azərbaycan Respublikasının 20 faiz torpağını işğal etmişdi. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. 2020-ci ildə 44 gün davam edən müharibədə noyabr ayında Azərbaycan tarixi qələbə qazandı. Azərbaycan BMT Təhlükəsiz Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış qətnaməsinin icrasını özümüz təmin etdik. Ermənistan öz öhdəliklərini yerinə yetirməyərək Ermənistan silahlı qüvvələrin 15 min kontingentini Qarabağda saxlamışdı. Onlar tərəfindən törədilmiş təxribatlar nəticəsində hərbiçilərimiz həlak olmuşdur.
2023-cü ilin sentyabrın 19-20-də aparılan antiterror əməliyyatlarından sonra Azərbaycan ərazisində təcavüzkar speratizmə son qoyuldu. Hazırda işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq və bərpa işləri həyata keçirilir. Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar.2023-cü ilin avqustunda Füzuli şəhərində Özbəkistan dövlətinin hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı yaradıcılıq mərkəzi Füzuidə inşa edilir və gələn il açılacaq. Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib.
Balaxanı qəsəbəsi, 69 nömrəli məktəbin
Tarix müəllimi Rumiyyə Səfərova