27 Sentyabr 2020-ci il Azərbaycan hərb tarixinin yazılan bir savaşın ilk günü idi. Bu savaş, müharibə Azərbaycan xalqının bütöv dünyaya necə bir həmrəy, döyüşkən, əzmkar, mübariz bir xalq olduğunu bir daha sübut edən,isbat edən bir zəfər tarixi idi.
44 günlük bir zaman tarixində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyev öndərliyində xalqla birlik, həmrəylik nümayiş etdirərək Qarabağı, Qarabağ ətrafı rayonlarımızı, o cümlədən 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Bu Şanlı Zəfər tarixində Azərbaycan ordusu tarixi boyu Türkün istifadə etdiyi möhtəşəm savaş taktikası sayılan “Turan və ya Hilal” taktikasından istifadə edərək erməni ordusuna ağır və heç vaxt unuda bilməyəcəyi bir zərbə vurdu. 30 illik bir müdafiə istehkamına malik Füzuli şəhəri qısa bir vaxtda Azərbaycan ordusu tərəfindən işğaldan azad edildi.
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Azərbaycan ordusu daim durmadan irəli getdi və Azərbaycan bayrağını işğaldan azad etdiyi şəhərlərə sancdı, o cümlədən Qarabağın mədəniyyət beşiyi sayılan Şuşa şəhərinə. Şuşanın işğaldan azad edilməsi Ermənistan ordusunu çıxılmaz vəziyyətə saldı və təslim olmağa məcbur etdi.
2019-cu ilin oktyabrında Valday forumunda cənab Prezident İlham Əliyevin söylədiyi o möhtəşəm şüardan yola çıxaraq Azərbaycan ordusu sübut etdi ki, “Qarabağ Azərbaycandır!”
“Yaşasın Azərbaycan!”, “Yaşasın Azərbaycanın Şanlı Ordusu!”
Allah Şəhidlərimizə rəhmət eləsin!
Sabunçu rayonu, 209 nömrəli tam orta məktəbin
tarix müəllimi Elşən Zeynalov