27 ildir ki, Azərbaycan tarixi qan ağlayırdı. Xalqımızın ürəyi acıyla döyünür, torpaq həsrəti ilə sızıldayırdı. Çünki 20 faiz torpaqlarımız düşmən və oğru Ermənistanın tapdağı altında idi. Xalqımız Xankəndi, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan kimi cənnət guşələrimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət illərdir arzusunda olduğumuz o günlər gəldi. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin məqsədyönlü siyasəti və ən əsas şanlı ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalandı.
Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqləyir. Və müharibə dövründə iştirak edib şəhid və qazi olmuş Qarabağın alınmış rayonları, Azərbaycan torpağlarının bütövlüyünün bərpası üçün vuruşan mərd Azərbaycan oğulları medallarla təltif olundular. Bu təltiflərdən biridə 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar.
Qüdrətli Ordumuzun uğurlu əməliyyatları hər zaman göstərirdi ki, Dağlıq Qarabağ savaşı Azərbaycanın qələbəsi ilə başa çatacaq. Xain düşmənin torpaqlarımızı murdarlayan nəfəsi kəsiləcək. Onda şəhidlərimizin nigaran ruhları rahatlıq tapacaq, səmamızdan yurdumuza boylanacaq və belə də oldu. Ali baş komandanın əmri ilə başlayan ikinci Qarabağ müharibəsi başladığı kimi əzmlə bitdi.
Natiq Musayev – Bakı Dövlət Sosial-İqtisad kolleci-Təcrübə rəhbəri