Vətənimizin rəşadətli oğulları 44 günlük Vətən müharibəsində bütün dövrlərin “qara bəlası” olan erməni quldurlarının məğlubedilməzlik mifini darmadağın etdi

Vətənimizin rəşadətli oğulları  44 günlük  Vətən  müharibəsində  bütün dövrlərin “qara bəlası” olan erməni quldurlarının məğlubedilməzlik mifini darmadağın etdi 30 ilə yaxın idi ki, Qarabağ mənfur düşmənlərimiz tərəfindən işğal olunmuşdu. Hamını yalnız bir sual düşündürürdü: “Əzəli torpaqlarımıza nə vaxt qayıdacağıq?”
Azərbaycanın günü –gündən artan hərbi gücü, iqtisadiyyatı, xalq birliyi, ən əsası Ali Baş komandandanın uğurlu uzaqgörən siyasəti nəhayət ki, o zəfər gününü bizə bəxş etdi.2016 –cı ilin aprel döyüşləri bu zəfərin baş məşqi , gələcəyə aparan yolu oldu.Nəhayət 27 Sentyabrdan başlanan və 44 gün əks-hücum əməliyyatı işğal altında olan torpaqlarımızın azad olunması ilə başa çatdı. Doğru deyirlər qansız istiqlal, şəhidsiz də azadlq ola bilməz. Xalqımız yaxşı bilir ki azadlıq bəxş edilmir, döyüş meydanlarında tökülən qan hesabına alınır. Vətənimizin rəşadətli oğulları 44 günlük Vətən müharibəsində bütün dövrlərin “qara bəlasi” olan erməni quldurlarının məğlubedilməzlik mifini darmadağın etdi. Şuşanın azad edilməsi təkcə Azərbaycanın deyil, dünya hərb tarixinə qızıl hərflərlə yazıldı .Bütün dünya bir daha ordumuzun gücünün, xalq-dövlət birliyinin ,prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğunun gücünü gördü və bu reallığı qəbul etməyə məcbur oldu. Vətən müharibəsində qazanılan qələbə, düşmənin kapitulyasiya sənədinə imza atması tariximizin şanlı səhifəsidir. Bu zəfərin qazanılmasında Türkiyə Cümhuriyyətinin qardaşlıq dəstəyini, xalqımızın qürurunu, şərəfini, əzəmətini qaytaran şəhidlərimizin və qazilərimizin isə haqqını qaytara bilmərik.
Artıq “Qarabağ Azərbaycandır!” ifadəsi reallıqdır.
“Biz qayıtmışıq!” “ Biz səni yenidən dirçəldəcəyik , əziz Qarabağ!”
Böyükdən kiçiyə hər bir azərbaycanlının dilinin əzbəri olan , cənab prezidentimizin səsləndirdiyi fikirlər öz təzahürünü infrastrukturu tamalilə məhv olunmuş torpaqlarımızın yenidən qurulması, dağıdılmış abidələrimizin, məhv edilmiş mədəni irsimizin bərpası üçün bu gün davamli olaraq aparılan yenidənqurma işlərində təcəssüm edir. “Dəmir Yumruq” əməliyyatı ilə Zəfər tariximizə yazılan “Böyük Qələbə” güclü dövlətimizin iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqidir.
Yaşasın Müstəqil Azərbaycan Respublikası!
Qarabağ Azərbaycandır!

Pirşağı qəsəbəsi, 112 saylı məktəbdə Kiçik Akademiyanın regional rəhbəri
Sərxan Şahverdiyev

Oxşar xəbərlər